Həkimlər dünyanın ən kiçik, 245 qram ağırlığındakı uşağını xilas edə bilib: ABŞ-da
30.05.2019 [22:25]
ABŞ həkimləri 245 qram ağırlığında doğulan və dünyanın ən kiçik uşağı hesab olunan körpəni xilas ediblər. Bu barədə xarici KİV-lər məlumat yayıb. Körpə ötən ilin dekabrında, hamiləliyin 23-cü həftəsində, yəni beş aydan da az olaraq dünyaya gəlib. Qız uşağı olan körpənin bir alma çəkisi qədər olmağına baxmayaraq peşəkar həkimlər onu yaşatmağı bacarıblar. Valideynlərinin xahişi ilə həkimlər uşağın kimliyini sirr olaraq saxlayıblar.