Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü dolu Rumıniyada ciddi fəsadlar törədib

30.05.2019 [18:59]

Xəbərin mətni

Rumıniyanın şimal-qərbinə 15 dəqiqə ərzində aramsız yağan dolu onlarla maşına və binaya ciddi zərər yetirib. Dolu maşınların şüşələrini sındırıb, evlərin damlarını deşib.

Qeyd edək ki, kəskin hava şəraiti Rumıniyanın bir çox bölgələrində müşahidə olunub. Bu yaxınlarda baş verən iki güclü qasırğa kənd təsərrüfatına ciddi zərər vurub. Eyni zamanda, ölkədə zəlzələlərin sayı çoxalıb.