CƏMİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçuların və mülki işçilərin ailə üzvləri üçün silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təsdiq olunmuş plana əsasən hərbi hissələrdə Həzi Aslanov adına Azərbaycan Ordusunun və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət mərkəzlərinin, rayon mədəniyyət müəssisələri kollektivlərinin, kukla teatrlarının təqdim etdiyi konsert proqramları, viktorinalar və müxtəlif səhnəciklər, cizgi filmləri qəhrəmanları ilə görüşlər uşaqlar tərəfindən maraqla qarşılanıb.