DÜNYA


Rusiyada zavodda baş verən partlayışlar nəticəsində 39 nəfər yaralanıb

Rusiyanın Nijeqorod vilayətindəki “Kristal” zavodunda baş verən partlayışlar nəticəsində 39 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, Rusiya KİV-lərinin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinə istinadla yaydıqları məlumata görə, yaralananlardan 4 nəfərinin vəziyyəti ağırdır. Doqquz nəfər yüngül yara alıb. Həlak olan yoxdur. Zavoddakı açıq yanğın söndürülüb.