İQTİSADİYYAT


Pekində Azərbaycanın investisiya mühiti və iqtisadiyyatına dair təqdimat keçirilib

Pekində davam edən 6-cı Çin beynəlxalq ticarət xidməti sərgisi – CIFTIS çərçivəsində Azərbaycanın investisiya mühiti və iqtisadiyyatı mövzusunda təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin və ölkəmizin Çindəki səfirliyinin dəstəyi, Azərbaycanın Pekindəki ticarət nümayəndəliyinin və CIFTIS-in təşkilat komitəsinin birgə əməkdaşlığı ilə keçirilən tədbirdə yerli iş adamları, biznes assosiasiyalarının nümayəndələri, turizm şirkətlərinin əməkdaşları iştirak ediblər.