Bakı Beynəlxalq Avtovağzal Kompleksi Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
03.06.2019 [14:27]
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Ramazan bayramı ilə əlaqədar iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
BBAK-dan AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək. Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.