İQTİSADİYYAT


Lənkəranda ilin əvvəlindən bəri Xəzər dənizinə 120 milyon körpə balıq buraxılıb REPORTAJ

Ölkə sularında balıq ehtiyatlarının azalmasının qarşısını almağa xidmət edən müəssisələrdən biri də Lənkəranda fəaliyyət göstərən Kiçik Qızılağac Balıqartırma təsərrüfatıdır. Uzun illərdir fəaliyyət göstərən müəssisə Xəzər dənizinə ilin əvvəlindən bəri təbii və süni yolla yetişdirdiyi 120 milyon körpə balıq buraxıb.

AZƏRTAC xəbər verir ki, 1956-cı ildən fəaliyyətə başlayan Lənkərandakı Kiçik Qızılağac Balıqartırma təsərrüfatı uzun illər yalnız təbii balıq artırma ilə məşğul olub. Kütüm balıqlarının süni yolla çoxaldılmasına isə 1980-ci ildən başlanılıb. Müəssisənin yaradılmasında əsas məqsəd balıq ehtiyatlarının azalmasının qarşısının alınmasıdır.