Azərbaycan Dövlət İnformasiya Agentliyi

Turizmin inkişafı məsələlərinə dair müzakirələr aparılıb

03.06.2019 [18:09]

Xəbərin mətni

İyunun 3-də İqtisadiyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, məqsəd turizm sektorunun inkişaf perspektivləri və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən turizmin inkişafına ayrılmış güzəştli kreditlərdən istifadənin səmərəliliyinin artırılması barədə müzakirələrin aparılmasıdır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI