İQTİSADİYYAT


Magistral yolun Gəncə-Gürcüstan sərhədi hissəsi 4 zolağa genişləndirilir

Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən magistralın 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına başlanılıb.

Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Bunun ardınca isə qırmadaşlı əsasın tikintisinə və asfalt-beton örtüyünün döşənməsinə işlərinə başlanılacaq. 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa, yol boyu 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru və 86 avtobus dayanacağı tikiləcək.