İQTİSADİYYAT


Rusiyadan Bakıya yeni metro vaqonlarının ilk partiyası yola salınıb

İyunun 4-də Moskva vilayətinin Mıtişi şəhərindən Bakıya yeni metro vaqonlarının ilk partiyası yola salınıb. “Transmaşholdinq” SC-nin baş direktoru Kiril Lipa, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov, “Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov, KİV nümayəndələri tədbirdə iştirak ediblər. Bu gün Bakıya hər biri 5 vaqondan ibarət iki qatar yola düşüb. İl ərzində daha 20 vaqonun Bakıya göndəriləcəyi gözlənilir.