Aviasiya idmanı festivalı - Çində
04.06.2019 [22:41]
Çinin Xınan vilayətinin Anyan şəhərində 11-ci Aviasiya idmanı mədənəyyət-turizm festivalı keçirilib. Müxtəlif ölkələrdən olan pilotlar nümunəvi şoular ilə festivala rəng qatıblar.
Tamaşaçılar pilotların və festivalın digər iştirakçılarının fərdi və birgə nəfəs kəsən şoularını izləyiblər. Üç günlük festival iyunun 5-də başa çatacaq. Aviaşou ilə yanaşı, digər hava idman növləri, o cümlədən dron yarışları, paraşütlə tullanma yarışları da təşkil olunacaq.