Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilib
04.06.2019 [19:18]
Xəbərin mətni
İyunun 4-də Bakı Konqres Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" mövzusunda konfrans keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, ictimai təşkilatların rəhbərləri, Milli Məclisin deputatları, sahibkarlar iştirak ediblər.