DÜNYA


Çin ilk dəfə dənizdən kosmosa raket buraxıb

Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib.

AZƏRTAC xəbər verir ki, Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı yerli vaxtla günorta saat 12:06-da (Bakı vaxtı ilə səhər 8:06) baş tutub. “Long March 11” daşıyıcı raketi dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu, həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.