İQTİSADİYYAT


Bayramın ilk günü sərnişin axını daha çox İstanbul və Tbilisi şəhərlərinə olub

Bayramın ilk günü iyunun 5-də iyun Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətlərə 378 reyslə 10 663 sərnişin daşınıb. 
Beynəlxalq istiqamətlərə isə 25 reyslə 718 sərnişin yola salınıb. Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul və Tbilisi şəhərlərinə olub.
Bayramın 2-ci günü bu dəqiqələrə olan statistikaya görə, 158 reyslə 3700 sərnişin bölgələrə yola salınıb. Digər günlərlə müqayisədə bu gün sərnişin sıxlığı müşahidə olunmur