Varşavanın ən yüksək göydələnində yanğın olub
08.06.2019 [10:42]
Polşanın paytaxtı Varşavanın ən yüksək göydələnlərindən biri olan “The Warsaw Hub” kompleksində güclü yanğın olub. Gecəyarısı başlayan yanğının söndürülməsi üçün 120 yanğınsöndürən avtomobil cəlb edilib. Xəsarət alanlar barədə məlumat yoxdur.