SİYASƏT


Ali Hərbi Məktəbin kursantlarının dövlət imtahanları keçirilir

Səhra təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin motoatıcı ixtisası üzrə 4-cü kurs kursantlarının dövlət imtahanları keçirilir. Kursantlar dörd təhsil ili müddətində hazırlıq keçərək qazandıqları bilik və bacarıqları nümayış etdirirlər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl şəraitində isə taktiki və atış hazırlığı, döyüş texnikasının istismarı, müxtəlif çaplı silahların təyinatı və sökülüb-yığılması üzrə praktiki imtahanlar verirlər.