İQTİSADİYYAT


Ölkə ərazisində 147 min 489 hektar ərazidə taxıl biçini aparılıb

Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 147 min 489 hektar ərazidə taxıl biçini aparılıb, 144 min 499,5 hektar ərazidə arpa, 2 min 990,2 hektar ərazidə buğda biçini başa çatıb.