İQTİSADİYYAT


Qadın İnkişaf və Müəssisə qruplarının məqsədi qadınların sosial və iqtisadi inkişafına nail olmaqdır

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılan və Dünya Bankı tərəfindən dəstəklənən Azərbaycan Kənd Qadınları Assosiasiyası 2018-ci ilin mart ayından başlayaraq qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə innovativ modeli sınaqdan keçirir. Bu vahid model kənd qadınlarının üzləşdiyi iqtisadi və sosial çətinlikləri, öz bizneslərinə başlamaq üçün onların ehtiyacı olan təşkilatlanma problemini həll etməyə yönəlib.