DÜNYA


Çində şiddətli yağışlar beş nəfərin həyatına son qoyub

Çinın cənubunda yerləşən Quansi-Çjuan muxtar rayonunda leysan yağışları beş nəfərin həyatına son qoyub, daha bir nəfər isə itkin düşüb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakətdən ən çox Syuançjou qəzası zərər çəkib. Ümumilikdə isə 180 min yerli sakin əlverişsiz hava şəraiti ilə üzləşib, yağışlar beş min hektar kənd təsərrüfatı sahəsini məhv edib.