Çində avtomobil yolu çöküb
10.06.2019 [15:08]
Çinin Quansi Cuan muxtar bölgəsinin Nannin şəhərində avtomobil yolu anidən çöküb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə tikinti sahəsinin yaxınlığında yerli vaxtla 12:00-da (Bakı vaxtı ilə 08:00) baş verib. Tikintidə işləyən fəhlələr yolda çatların əmələ gəldiyini görüblər. Bundan dərhal sonra onlar yolu hərəkət üçün bağlaylıblar. Bir qədər sonra yol çöküb.