SİYASƏT


“Əl-Arabiyya” televiziya kanalı Azərbaycanla bağlı reportaj yayımlayıb

Ərəb dünyasının məşhur “əl-Arabiyya” televiziya kanalında Azərbaycanla bağlı reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın tarixi, mədəniyyəti, əlverişli coğrafi mövqeyi, abidələri barədə məlumatlar yer alıb.

Qeyd edilir ki, Avropa ilə Asiyanın qovuşuğunda, Xəzər dənizi sahilində yerləşən Azərbaycan turistlərin sevdiyi məkanlardan biridir. Dünyanın ən uzun bulvarı Bakı şəhərindədir. Azərbaycan müalicəvi mineral suları ilə də məşhurdur.