İQTİSADİYYAT


Cəlilabadlı fermerlər taxıl zəmilərindən 200 min tona yaxın məhsul gözləyirlər REPORTAJ

Cənub bölgəsində iri taxılçılıq rayonu olan Cəlilabadda arpa biçini yekunlaşmaq üzrədir. Taxıl  sahələrinin 80 faizini dəmyə əkinçiliyi təşkil edən rayonda builki məhsuldarlıq ürəkaçandır. Bu il fermerlər taxıl zəmilərindən 200 min tona yaxın məhsul gözləyirlər.

Ötən ilin payızında 62 min 600 hektar sahədə əkilmiş taxıl zəmilərinə aqrotexniki qaydada qulluq edilməsi bu  il daha çox məhsul istehsal  olunacağına təminat verir.