Bakıda “TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri açılıb
11.06.2019 [14:10]
Xəbərin mətni
İyunun 11-də Bakı Sərgi Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgiləri açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sərgilərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, son illər Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm layihələr həyata keçirilir, ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli trans-logistika layihələrinin iştirakçısıdır.