CƏMİYYƏT


Lənkəranda çimərliklərdə monitorinq aparılıb

Lənkəranda çimərlik mövsümü ilə əlaqədar Xəzər dənizinin sahilində yerləşən çimərliklərdə keçirilən monitorinqlər başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xəzər dənizi sahili boyu yeləşən dörd məntəqədən götürülən suyun fiziki-kimyəvi və bakterioloji analizləri yoxlanılıb.

Xəzərin Lənkəran sahillərində dəniz qumunun sağlamlıq baxımından orqanizmə daha faydalı olması hər il çimərlik mövsümündə bura üz tutanların sayını artırır.