İQTİSADİYYAT


Tərtərdə intensiv bağçılıq təsərrüfatında məhsul yığımına başlanılıb REPORTAJ

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sektorun digər sahələri ilə yanaşı, bağçılıq da inkişaf etdirilir, ixracyönümlü müasir təsərrüfatlar yaradılır. Rayonun Xoruzlu kəndində “Aqropat” MMC tərəfindən intensiv meyvə bağlarının salınmasında məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etməkdir.