İQTİSADİYYAT


Tərtərdə sınaq məqsədilə ilk dəfə olaraq pambığın Yunanıstan və ABŞ sortları becərilir

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin ərazisində 2-si Yunanıstan, 2-si Amerika Birləşmiş Ştatları, 4-ü Türkiyə və 4-ü Azərbaycan mənşəli olmaqla, ümumilikdə, 12 pambıq sortunun becərilməsi həyata keçirilir. Məqsəd xarici və yerli pambıq sortlarının ənənəvi becərmə şəraitində müqayisəli qiymətləndirilməsidir.