DÜNYA


Çində şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 49-a çatıb

Çinin mərkəz, cənub və şərq hissələrində iyunun 6-dan bəri davam edən şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 49-a, itkin düşənlərin sayı 14-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Fövqəladə İdarəetmə Nazirliyi məlumat yayıb. Bildirilir ki, şiddətli yağışlar daha çox Quandun, Quansi, Ciansi, Fucien, Xunan, Quycou, Qansu, Cıcian vilayətlərində, habelə Çunçin bələdiyyəsində ciddi fəsadlara və insan tələfatına səbəb olub. Bu bölgələrdə yağıntının miqdarı orta hesabla 100-250 millimetr, bəzi ərazilərdə 400, Ciansi və Quansi vilayətlərinin bəzi yaşayış məntəqələrində isə müvafiq olaraq 690 və 820 millimetr təşkil edib.