CƏMİYYƏT


Fermerlər yeni texnologiyanın üstünlüklərini əyani şəkildə müşahidə ediblər

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ucarda 10 hektar sahədə yaradılan model təsərrüfatında Çin texnologiyası ilə əkilən və hazırda becərmə işlərinin aparıldığı pambıq sahəsinə baxış keçirilib. Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin, nazirliyin şöbə müdiri İmran Cümşüdovun iştirakı ilə təşkil olunan tədbirdə 10 rayonun pambıqçılıqla məşğul olan fermerləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, Tərtər Regional Aqrar Elm İnnovasiya Mərkəzinin mütəxəssisləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır