İQTİSADİYYAT


Azərbaycan–Avropa İttifaqı biznes forumu keçirilir

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ənənəvi olaraq keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunun ölkəmizlə Aİ arasında iqtisadi əməkdaşlıq perspektivlərinin, qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirə edilməsi üçün önəmli platforma rolunu oynadığını vurğulayıb. Bildirib ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və qarşılıqlı əlaqələrin artan dinamikasında yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu ilin mayında Brüsselə, ümumilikdə isə son 10 ildə Avropa İttifaqına 9 səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən müqavilə-hüquq bazası yaradılıb.