Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda Azərbaycan diplomatik xidmətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib

14.06.2019 [11:05]

Xəbərin mətni

Vaşinqtonun ən mötəbər binalarından olan Hərbi Dəniz Qüvvələri Mərkəzində Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə Əməkdar artist Vüsal İsgəndərzadənin rəhbərlik etdiyi “Şur” instrumental qrupunun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertə Azərbaycan diasporunun nümayəndələri, ABŞ-ın dövlət qurumlarını, Vaşinqtondakı diplomatik korpusu təmsil edən 200-dən çox qonaq qatılıb.