Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində torpaq sürüşməsi: avtomobillər torpaq altında qaldı

14.06.2019 [11:55]

Çinin Fucien vilayətində şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub. AZƏRTAC xəbər verir ki, vilayətin Upin qəzasında baş verən sürüşmə nəticəsində bir neçə avtomobil torpaq altında qalıb. Torpaq altında qalan avtomobillərdən birində olan bir nəfəri xilasedicilər 3 saatlıq əməliyyatdan sonra çıxarsalar da, xəstəxanaya aparılarkən yolda ölüb.

          Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin