İQTİSADİYYAT


Astarada bu il bal az olacaq

Cənub bölgəsində, Astaranın əksər dağlıq ərazilərində, xüsusən də rayonun Siyəkü inzibati ərazisində arıçılıq əhalinin əsas məşğuliyyəti hesab edilir. Hazırda bu kənddə “may balı” süzümünün qızğın çağıdır. Arıçılar aylardır çəkdikləri zəhmətin bəhrəsini götürmək üçün yeşikləri açıb bal yığırlar.

AZƏRTAC xəbər verir ki, Astara rayonun Siyəkü inzibati ərazisi üzrə 9000 min arı ailəsi var. Bunlardan yeni qeydiyyata alınanların sayı 1250-dir. Arıçılar bu həftədən “may balı”nın süzümünə başlayıblar.

Arıçı fermer Tərlan Salayev builki məhsuldarlıqdan danışarkən bildirdi ki, təsərrüfatında 110 arı ailəsi var. O, bu il yeşiklərdən 800-900 kiloqram “may balı” götürəcəyini nəzərdə tutur.