İQTİSADİYYAT


MİDA ilkin razılıq qərarının alınması ilə bağlı video-çarx hazırlayıb

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişikliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını alması ilə bağlıdır.

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, bu dəyişikliklər istifadəçilərin əldə edə biləcəkləri kreditin məbləğini və müddətini, həmçinin kredit üzrə aylıq ödənişləri öncədən müəyyən edərək düzgün mənzil seçimini etməyə kömək edəcək.