DÜNYA


Çində güclü yağışlar 61 nəfərin ölümünə səbəb olub

Çinin müxtəlif bölgələrində iki həftə davam edən şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 61-ə, itkin düşənlərin sayı 14-ə çatıb. 

Yağışların meydana gətirdiyi sel, daşqın, torpaq sürüşməsi, palçıq axınları minlərlə hektar əkin sahəsini yararsız hala salıb, xeyli ev və bina sıradan çıxıb, kommunikasiya xətlərinə, avtomobil yollarına və körpülərə böyük ziyan dəyib. Yağıntının miqdarı illik normadan bir neçə dəfə yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır