CƏMİYYƏT


Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət 27 may  - 25 iyun Şirvan, Xırdalan, Füzulidə,  29 may – 27 iyun Xudat, Yardımlı, Göyçay, Astarada, 7 iyun – 6 iyul Goranboy və Qaxda, 13 – 27 iyun Daşkəsəndə vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır