Türkiyədə qohumlar arasında atışmanın görüntüləri yayılıb - 6 nəfər ölüb
17.06.2019 [17:37]
İyunun 15-də Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda ərazi anlaşmazlığı səbəbindən Çeltik məhəlləsində iki ailə arasında qan tökülməsi ilə nəticələnən silahlı qarşıdurma baş verib.
Münaqişə nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Daha iki nəfər yaralı xəstəxanaya aparılarkən baş verən avtomobil qəzasında həyatını itirib. Bildirilir ki, münaqişə edənlər İzol tayfasına məxsusdurlar.