Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bodrumda gəmi batdı: ölənlər var

17.06.2019 [18:31]

Türkiyənin kurort şəhəri olan  Bodrumda qanunsuz mühacirləri daşıyan gəmi batıb. Anadolu Agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 12 nəfər həlak olub. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox mühacirin olduğu güman edilir. Onlardan 31-i xilas edilib.