Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni silahlı bölmələri mövqelərimizi 82 mm-lik minaatanlardan atəşə tutub

18.06.2019 [10:02]

Xəbərin mətni

Ermənistan silahlı bölmələri cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri Ordumuzun mövqelərinə 82 mm-lik minaatanlardan atəş açıblar.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI