İtaliyada bina uçdu, ölənlər var
20.06.2019 [12:33]
İtaliyanın şimalındakı Qoritsiya şəhərinin mərkəzində ikimərtəbəli yaşayış binasında baş verən partlama nəticəsində 2 nəfər ölüb. Bu barədə ".vesti.ru" xəbər yayıb. Xilasedicilər dağıntılar altında qaldığı güman edilən üçüncü şəxsin axtarışlarını davam etdirir.