Yasamal Yaşayış Kompleksində 827 mənzil ilin sonunadək satışa çıxarılacaq
20.06.2019 [15:55]
Xəbərin mətni
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal rayonu ərazisində reallaşdırılan layihələrinin - Yasamal Yaşayış Kompleksinin (11,6 hektar) və 15,4 hektar torpaq sahəsində inşa olunan yaşayış kompleksinin hazırkı vəziyyəti ilə bağlı videoçarx hazırlanıb.
MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, hazırda Yasamal Yaşayış Kompleksinin (15,4 hektar) tikintisi sürətlə davam etdirilir.