Şabranda təsərrüfatçılar üzüm bağlarından bol məhsul gözləyir
21.06.2019 [12:16]
Xəbərin mətni
Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabranda təsərrüfatçılar bu il məhsuldarlığın yüksək olduğunu bildirirlər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə texniki üzüm sortları yetişdirilir.