CƏMİYYƏT


Bakıda orqanik məhsullar festivalı keçirilir

İyunun 21-dən Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) keçirilir.
AZƏRTAC xəbər verir ki, ilk dəfə keçirilən qida sərgisi iyunun 23-dək davam edəcək. Festivalda 50-dən çox şirkətin 150-dək məhsul və xidmətləri təqdim olunur. Məqsəd həm istehsalçılar, həm də istehlakçılar arasında orqanik qidanı təbliğ və təşviq etməkdir.
Tədbirin təşkilatları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Dövlət Aqrar Ticarət Şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır