CƏMİYYƏT


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Qax və Balakəndə vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov iyunun 21-də Qax şəhərində vətəndaşlarla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl AAYDA-nın idarə heyətinin sədri S.Məmmədov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qax və Zaqatala rayonlarından olan 30-dək vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.