DÜNYA


Etirazçının boynundan tutub çölə çıxaran nazir müavini barədə araşdırma başlanıb

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Mark Fild barədə araşdırmalara başlanılıb. O, vəzifəsindən də kənarlaşdırılıb. 

Səbəb toplantı zamanı iqlim dəyişikliyi fəallarının etiraz çağırışları zamanı nazirin onlardan birinə qarşı güc tətbiq etməsi olub. Belə ki, qadınlar maliyyə naziri Filip Hammonda çıxış etməyə imkan verməyiblər. Bundan qəzəblənən Mark Fild onlardan birini kobud şəkildə saxlayaraq boynundan tutub zaldan çıxarıb. 

Xarici işlər idarəsi hadisədən təəssüfləndiyini bildirib və araşdırmalar aparıldığını açıqlayıb. Mark Fild həm də parlamentin üzvüdür.