İQTİSADİYYAT


“Azercell” yeni brend kimliyini açıqladı

Azərbaycanın telekommunikasiya sektorunun lideri, fəaliyyət tarixində yeni bir dönəmə qədəm qoyan “Azercell” iyunun 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni brend kimliyini ictimaiyyətə təqdim edib.
Tədbirdə şirkətin fəaliyyətini qloballaşan dünya bazarının trendlərinə uyğun şəkildə qurmağa yönəlmiş strateji inkişafın rəqəmsal konsepsiyası da açıqlanıb. Şirkətin prezidenti Vahid Mürsəliyevin sözlərinə görə, rəqəmsal texnologiyalar əsrində transformasiya məsələsi xüsusilə aktualdır.