İQTİSADİYYAT


Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad yolu yenidən qurulur

Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən avtomobil yolları Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 13,2 kilometr təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Layihə çərçivəsində yolun 1-5 və 12-13-cü kilometrlik hissələrində torpaq yatağının genişləndirilməsi işləri görülür və ortalama 0,8 metr qaldırılaraq normativ hündürlüyə çatdırılır.