SİYASƏT


Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib

İyunun 24-də Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mükafatların təqdim edilməsi mərasimində BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir iştirak ediblər.