Havanın temperaturu yüksələcək
24.06.2019 [14:20]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 31-36° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacaq.