SİYASƏT


Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması

İyunun 24-də Heydər Əliyev Mərkəzində keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində növbəti seminar “Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin edilməsi məsələsi araşdırılıb. Seminarın məqsədi DİM-in tətbiqinə inteqrasiya olunmuş yanaşmaları təşviq etmək üçün müxtəlif sektorlarda, hökumət səviyyələrində, habelə hökumət və qeyri-dövlət iştirakçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi yolu ilə ölkələr tərəfindən qəbul edilmiş institusional yanaşmaları və mexanizmləri işıqlandırmaq, təhsilə, o cümlədən dayanıqlı şəhər və icmalara inteqrasiya olunmuş yanaşmalar əsasında təcrübə mübadiləsi ilə öyrənməyi təşviq etmək olub.