SİYASƏT


BMT-nin Dövlət Xidmətləri Forumu işini seminarlarla davam etdirib

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu işini paralel seminarlarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, “Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi” mövzusunda keçirilən birinci seminarda inklüziv və bərabər xidmətlərin göstərilməsi məsələləri araşdırılıb.